Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.
Şəmkir rayonunda hamilə qadın abort zamanı vəfat edib.
"Yeni Sabah" xəbər verir ki, hadisə Şəmkir Rayon Mərkəzi Xəstəxanasında baş verib.
Belə ki, abort etdirmək üçün xəstəxanaya müraciət edən 1991-ci il təvəllüdlü Y.Əhmədovanın prosedur zamanı səhhətində problem yaranıb və o, həyatını itirib. İnternet mağaza
Mərhumun meyiti ölüm səbəbinin müəyyənləşdirilməsi üçün məhkəmə-tibbi ekspertizaya təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, bu, qadının üçüncü hamiləliyi olub. Onun iki azyaşlı övladı qalıb./Oxu.az