Azərbaycanda iki generalın atası vəfat etdi Yeni Gündəm

10.12.2024

Icma.az, Yenigundem portalına istinadən məlumat yayır.

Dövlət Gömrük Komitəsi (DGK) sədrinin sabiq müavini, gömrük xidməti general-leytenantı Əsgər Abdullayevə və Fövqəladə Hallar Nazirliyinin (FHN) Baş Əməliyyat İdarəsinin rəisi, general-mayor Qüdrət Abdullayevə ağır itki üz verib.

“Yeni Gundem”-in İqtisadiyyat.az-a istinadən məlumatına görə, onların atası Həsən Abdullayev vəfat edib.

H.Abdullayevin uzun sürən xəstəlikdən sonra dünyasını dəyişdiyi bildirilir.

Allah rəhmət eləsin!

Xatırladaq ki, Ə.Abdullayev 1996–2006-cı illərdə DGK-də idarə rəisi və Baş Gömrük İdarəsinin rəisi, 2006-2022-ci illərdə isə DGK sədrinin müavini vəzifələrində işləyib. Q.Abdullayev də daha əvvəl DGK-də Gömrük Mühafizə Xidmətinin rəisi vəzifəsində çalışıb. O, hazırda FHN-in Baş Əməliyyat İdarəsinin rəisi vəzifəsində çalışır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью