Azərbaycanda iki gündə 65 şübhəli saxlanıldı

26.10.2026

Icma.az, Milli.az portalına istinadən məlumat verir.

Oktyabrın 24-də və 25-də ölkə ərazisində qeydə alınan 52, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması polis tərəfindən təmin olunub.

DİN-in Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 76, o cümlədən borclu şəxs qismində axtarışda olan 32 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 21, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 65 nəfər saxlanılıb.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью