Azərbaycanda iki həmkarlar ittifaqı birləşdi

30.04.2025

Icma.az, Azpolitika.az saytına istinadən bildirir.

Azərbaycanda iki həmkarlar ittifaqı birləşib.İqtisadiyyat.az xəbər verir ki, bunlar Azərbaycan Respublikası Yerli Sənaye və Kommunal-Məişət Müəssisələri İşçilərinin Həmkarlar İttifaqı və Azərbaycan Elektroenergetika və Elektrotexnika Sənayesi İşçiləri Həmkarlar İttifaqıdır.

Belə ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzvü Azərbaycan Respublikası Yerli Sənaye və Kommunal-Məişət Müəssisələri İşçilərinin Həmkarlar İttifaqının VII növbədənkənar qurultayı keçirilib.

Qurultayda Azərbaycan Respublikası Yerli Sənaye və Kommunal-Məişət Müəssisələri İşçilərinin Həmkarlar İttifaqının Azərbaycan Elekt-roenergetika və Elektrotexnika Sənayesi İşçiləri Həmkarlar İttifaqına qoşulması barədə qərar qəbul edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью