Azərbaycanda iki məktəbin direktorlarını barter etdilər

04.08.2025

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

Abşeron rayonu Azim Müzəffərov adına Saray qəsəbəsi 2 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Səkinə Abbasova vəzifəsindən azad edilib.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, o, Xırdalan şəhər 6 nömrəli tam orta məktəbə direktor təyin edilib.

Məlumat üçün bildirək ki, Xırdalan şəhər 6 nömrəli tam orta məktəbin direktoru olan Lamiyə Həsənzadə isə Saray qəsəbəsində yerləşən 2 nömrəli tam orta məktəbə direktor təyin edilib.

Məhərrəm Əliyev

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью