Azərbaycanda iki nəfər daxili qanaxmadan öldü

08.01.2026

Lent az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanda iki nəfər daxili qanaxma səbəbilə ölüb.

Lent.az-ın məlumatına görə, hadisələrdən biri Bakının Qaradağ rayonu Qızıldaş qəsəbəsinin ərazisində baş verib. Qəsəbə sakini 54 yaşlı Müşfiq Məhəmməd oğlu Əzizov daxili qanaxma diaqnozu ilə xəstəxanaya aparılarkən yolda keçinib.

Digər hadisə Masallı rayon xəstəxanasında qeydə alınıb. Daxili qanaxma diaqnozu ilə xəstəxanaya gətirilən 34 yaşlı Nəriman Rəhman oğlu Bağırzadə əməliyyat zamanı ölüb.

Hər iki faktla bağlı rayon prokurorluqları tərəfindən araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью