Azərbaycanda iki radionun açılması ilə bağlı müsabiqəyə sənəd qəbul başa çatıb

27.12.2024

Report.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Audiovizual Şuranın ümumölkə yerüstü radio yayımçısı lisenziyalarının verilməsi üçün elan etdiyi iki müsabiqə üzrə sənəd qəbulu başa çatıb.

"Report" xəbər verir ki, bu barədə Şura məlumat yayıb.

Birinci tezlik üzrə (88.7 MHs) bir fiziki və üç hüquqi şəxs, ikinci tezlik üzrə isə (92.5 MHs) bir fiziki və üç hüquqi şəxs müraciət edib. Onlardan üçü hər iki tezlik üzrə sənəd verib.

Bildirilib ki, on iş günü müddətində sənədlərə baxılacaq və ərizəçilərin müsabiqəyə buraxıl-buraxılmamasına qərar veriləcək.

Bizim WhatsApp kanalımıza abunə olun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью