Azərbaycanda iki vəkil HƏBS OLUNDU

09.08.2026

Yenisabah portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Gəncə Şəhər Məhkəməsində iki vəkil barəsində cinayət işi üzrə hökm elan edilib.

“Yeni Sabah” Gununsesi.info-ye istinadla xəbər verir ki, Tovuz Vəkil Bürosunun vəkilləri – Abdullayev Rəşad Tapdıq oğlu və Əliyev Süleyman Hüseynqulu oğlu barəsində araşdırılan cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Məhkəmənin hökmü ilə Rəşad Abdullayev 3 il 7 ay müddətinə, Süleyman Əliyev isə 3 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Marqarita pizza

Məlumata görə, cinayət işi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1-ci (Vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə – nüfuz alveri), 297-ci (Bilə-bilə yalan ifadə vermə, yalan rəy vermə və ya yanlış tərcümə etmə) və 320-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə bağlı olub.

Bildirilir ki, cinayət işi üzrə iki il müddətində istintaq aparılıb. Daha sonra iş materialları məhkəməyə göndərilib və Gəncə Şəhər Məhkəməsində baxılaraq hökm çıxarılıb.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью