Azərbaycanda ilin futbolçusu kimdir? Qurbanovun versiyası

22.12.2024

Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov 2024-cü il üçün Azərbaycanın ən yaxşı futbolçusu haqda danışıb.

QOL.az xəbər verir ki, bu barədə o, bu gün “Araz Naxçıvan”la Misli Premyer Liqasının 18-ci turunun oyunundan (2:0) sonra danışıb. 

Mətbuat konfransında Ağdam klubunun baş məşqçisinə bu haqda sual ünvanlanıb. Q.Qurbanov bu zaman öz versiyasını açıqlayıb və üstünlüyü komandasının futbolçusuna verib:

“İlk ağlıma gələn Toral Bayramov oldu. Çox yaxşı mövsüm keçirdi. Avrokuboklarda da, çempionatda da. Komandamın ən fəal oyunçularından oldu”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью