Azərbaycanda İLK: Abituriyent hazırlığında yeni era Onrepetitor | Icma.az
Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Abituriyent və məktəblilər üçün nəzərdə tutulmuş yeni onlayn hazırlıq platforması - "Onrepetitor" fəaliyyətə başlayıb.
Platforma ali məktəblərə qəbul və buraxılış imtahanlarına hazırlaşan şagirdlər üçün vahid tədris mühiti yaradır.
Dərslər 15 avqustdan sonra peşəkar müəllimlər tərəfindən həftəlik canlı və interaktiv şəkildə onlayn formatda, "Zoom" proqramı üzərindən keçiriləcək.
Dərslər peşəkar müəllimlər tərəfindən keçiriləcək və videoyazılar platformaya yerləşdiriləcək ki, şagirdlər onları sonradan yenidən izləyə bilsinlər.
Qəbul imtahanına hazırlaşan abituriyentlər, buraxılış imtahanına hazırlaşan doqquzuncu sinif şagirdləri, həmçinin biliklərini təkmilləşdirmək istəyən hər kəs platformamızdan yararlana bilər.
Abituriyent hazırlığı üçün lazım olan bütün imkanlar artıq tək bir platformada birləşib.
Platformanın təsisçisi Rəşan Mehrəliyevin Oxu.Az-a verdiyi məlumata görə, "Onrepetitor" ənənəvi hazırlıq kurslarından əsasən funksionallığı və əhatəliliyi ilə fərqlənir.
Tam oxu
Xəbəri oxu