Azərbaycanda ilk dəfə beynəlxalq çimərlik polosu turniri keçiriləcək

21.08.2026

Icma.az, Azvision portalına istinadən məlumat yayır.

Sentyabrın 11–13-də Böyük Britaniya, İsveçrə və Rusiyadan gələn komandalar Sea Breeze-də, Xəzərin sahilində unikal polo şousu təqdim edəcəklər.
Elçin Camallı, Adrian Laplaset, Aleks Vatson, Aqustin Kronhaus, Maykl Henderson, Matias Amaya, Santyaqo Sernadas, Mixail Rodzyanko və digər ulduz poloçuların iştirakı ilə turnir möhtəşəm idman mübarizəsinə çevriləcək.
Böyük Britaniya komandası, İsveçrənin “St. Moritz”, Rusiyanın “Moscow Polo Club” və Azərbaycanın “Elite Polo Club Azerbaijan” komandaları qum üzərində güc, sürət və zərifliyi bir araya gətirəcək.
11, 12 və 13 sentyabr tarixlərində saat 16:00-dan etibarən bu unikal qarşılaşmaların şahidi olun və komandalara dəstək verin.
VIP və standart biletləri iticket.az saytından əldə edə bilərsiniz.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью