Azərbaycanda ilk dəfə meyitdən ürək köçürülən gənc öldü

13.10.2026

Icma.az bildirir, Axar.az portalına istinadən.

Azərbaycanda ilk dəfə meyitdən ürək transplantasiyası edilən Tovuz sakini vəfat edib.

Axar.az APA-ya istinadla xəbər verir ki, Tovuz rayon sakini Rəşad Məmmədliyevin həkimə gedən zaman qəfil halı pisləşib. Müayinə zamanı onun öldüyü məlum olub.

Xatırladaq ki, 2025-ci il oktyabrın 31-də ilk dəfə olaraq Azərbaycanda meyit donorun ürəyi transplantasiya edilib. Meyit donorun ürəyi 2006-cı il təvəllüdlü Tovuz rayon sakini Rəşad Məmmədəliyevə köçürülüb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью