Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycanın informasiya texnologiyaları sektorunda mühüm yenilik baş verib.
“Qafqazinfo” xəbər verir ki, Tahir Gözelin təsisçisi olduğu Proxima Tech Solutions ölkəmizdə ilk dəfə “Microsoft ExpressRoute” xidmətini istifadəyə verib.
Proxima Tech Solutions tərəfindən ölkəmizdə ilk dəfə təqdim edilən “Microsoft ExpressRoute” ənənəvi internet bağlantılarından fərqli olaraq, məlumat ötürülməsini qapalı və sabit kanal üzərindən təmin edir.
Bu yanaşma dövlət qurumları, maliyyə sektoru və iri bizneslər üçün kritik əhəmiyyət daşıyır, çünki məlumat axınına əlavə təhlükəsizlik, daha az gecikmə və yüksək etibarlılıq təmin edir.
Xidmət birbaşa "Microsoft Azure"un Frankfurt (DE) məlumat mərkəzinə qoşulma imkanı təqdim edir.
Layihə AzerTelecom ilə əməkdaşlıq çərçivəsində həyata keçirilib və Azərbaycanın bulud xidmətlərinə sabit və təhlükəsiz beynəlxalq çıxış imkanı yaradır.
Xidmətin əsas faydaları: ● Sabit və yüksək sürət – "Microsoft"un bulud xidmətlərinə təhlükəsiz və dayanıqlı qoşulma, ● Aşağı gecikmə – ənənəvi VPN bağlantılarına alternativ olaraq daha az gecikmə, ● Birbaşa bulud girişi – "Microsoft"un bulud xidmətlərinin tam portfelinə birbaşa çıxış, ● Maksimum təhlükəsizlik – end-to-end şifrələmə və ictimai internetdən tam təcrid olunmuş infrastruktur.