Azərbaycanda ilk: Rayonlar öz xərclərini tam ödəyəcək

23.11.2026

Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.

2027-ci ildə şəhər və rayonların dotasiyadan asılılığı tam aradan qalxacaq.

“Yeni Sabah” xəbər verir ki, 2027-ci ilin dövlət büdcəsində proqnozlaşdırılan yerli gəlir və xərclərin həcmi 735,6 milyon manat səviyyəsində nəzərdə tutulub. 

Maliyyə Nazirliyinin yaydığı məlumata görə, gələn il yerli gəlirlər yerli xərclərə tam bərabər olacaq. Bununla da ölkədə ilk dəfə olaraq şəhər və rayonların dövlət büdcəsindən ayrılan dotasiyadan asılılığı tamamilə aradan qalxacaq. Online alış-veriş

Cəlalə Cəlalqızı 


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью