Icma.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.
Böyrək çatışmazlığından əziyyət çəkən xəstə transplantasiyası üçün Mərkəzi Klinik xəstəxanaya müraciət etmişdi. Müayinələr zamanı eyni zamanda qarın aortasının böyükhəcmli anevrizması aşkarlanmışdı və bu səbəbdən əməliyyat olunmalı idi.
Bakupost.az APA-ya istinadən xəbər verir ki, bunu tibb üzrə fəlsəfə doktoru, professor Kamran Musayev deyib.
"Müayinələri dərinləşdirdikdə məlum oldu ki, xəstənin eyni zamanda ürək damarlarında da tutulmalar var. Geniş konsilium keçirdikdən sonra müalicə strategiyamız belə müəyyən olundu: əvvəlcə ürək damarlarının dəyişdirilməsi əməliyyatı, yəni açıq ürək əməliyyatı aparıldı və ürək damarları dəyişdirildi. Bir ay sonra isə eyni seansda həm qarın aortası anevrizmasının protezləşdirilməsi, həm də böyrək transplantasiyası əməliyyatı icra olundu. Bir ay ərzində bu əməliyyatları keçirən xəstəni biz bu günlərdə yaxşı vəziyyətdə evə yola saldıq. Buna görə də hamımız çox qürurluyuq", - o deyib.