Azərbaycanda illik inflyasiya 4,4% olub

11.12.2024

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

2024-cü ilin noyabr ayında istehlak qiymətləri indeksi 2023-cü ilin noyabr ayına nisbətən 104,4 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 104,4 faiz, qeyri-qida məhsulları üzrə 102,2 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 106 faiz təşkil edib.

Bu barədə Modern.az-a Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

2024-cü ilin noyabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,7 faiz, yanvar-noyabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 102 faiz təşkil edib.

2024-cü ilin noyabr ayında qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,4 faiz, yanvar-noyabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 101 faiz təşkil edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью