Azərbaycanda imtahan sessiyası başladı

06.01.2025

Teleqraf.com portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Elm və təhsil naziri Emin Əmrullayevin 11 dekabr 2024-cü il tarixli əmrinə əsasən, akademik təqvimə uyğun olaraq ali və orta ixtisas təhsil müəssisələrində imtahan sessiyası başlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Elm və Ali Təhsil Üzrə Dövlət Agentliyi məlumat yayıb.

Qeyd edilib ki, imtahan sessiyası 100-dən artıq təhsil müəssisəsini əhatə edir və ilk dəfə olaraq Azərbaycanın bütün ərazisində keçirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью