Azərbaycanda indiyədək koronavirusdan 21 nəfər vəfat edib

24.11.2026

Baku.ws saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Hazırkı dövrədək ölkəmizdə 1 592 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan BAKU.WS-ə verilən məlumata görə, onlardan 1 013 nəfər müalicə olunaraq sağalıb, 21 nəfər vəfat edib.

558 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 16 nəfərin vəziyyəti ağır, 23 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 114 410 test aparılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью