Azərbaycanda inflyasiya nəzarət altında saxlanılan həddədir

06.11.2026

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanda 2027-ci ildə inflyasiyanın 5,3 faiz olacağı gözlənilir.

Modern.az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, hazırda ölkədə inflyasiya nəzarət altında saxlanılan həddədir.

Sahil Babayev əmək bazarında da müsbət dinamikanın müşahidə olunduğunu qeyd edib. Onun sözlərinə görə, özəl sektorda əmək müqavilələrinin sayı 50 mindən çox artıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью