Azərbaycanda informasiya və rabitə sektorunda orta maaş 13 faizə yaxın artıb

18.09.2026

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda informasiya və rabitə sektorunda orta aylıq nominal əməkhaqqı 2 137 manat təşkil edib.

525.az  Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici dövlət sektorunda 1 911 manat, özəl sektorda isə 2 272 manat olub.

2025-ci ilin eyni dövrü ilə müqayisədə sektorda orta aylıq nominal əməkhaqqı 12,8 %, o cümlədən dövlət sektorunda 20 %, özəl sektorda isə 7,8 % artıb.

2026-cı il avqust ayının 1-nə sektorda muzdla çalışan işçilərin sayı 34,2 min nəfər olub ki, bu da bir il əvvəlki göstəricidən 0,3 % azdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью