Azərbaycanda informasiya və rabitə sektorunun gəlirləri 10% artıb

17.03.2025

Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda informasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr 554 milyon manat dəyərində xidmət göstərib.

Bu barədə "APA-Economics"ə Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,6% çoxdur.

İki ayda göstərilən xidmətlərin 70%-ni əhali istehlak edib. Xidmətlərdən əldə edilən gəlirin 35,2%-i və ya 194,8 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью