Azərbaycanda informasiya və rabitə sektorunun gəlirləri 12%dən çox artıb

17.12.2024

Apa.az saytına istinadən Icma.az xəbər verir.

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda informasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələrin göstərdiyi xidmətlərin dəyəri real ifadədə 12,5% artıb.

Bu barədə "APA-Economics"ə Dövlət Statistika Komitəsindən bildirilib.

Dövr ərzində göstərilən xidmətlərin dəyəri 3 188,7 milyon manat təşkil edib ki, onun da 71,9%-i əhali tərəfindən istehlak olunub.

Xidmətlərdən əldə edilən gəlirin 35,3%-i və ya 1125,9 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью