Azərbaycanda inhisarçılığa qarşı yeni plan təsdiqləndi

11.09.2026

Icma.az bildirir, Marja.az saytına əsaslanaraq.

Prezident İlham Əliyev “Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027–2029-cu illər üzrə Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

Marja xəbər verir ki, Milli Fəaliyyət Planının əsas məqsədi Azərbaycanda azad rəqabət mühitinin gücləndirilməsi, inhisarçılıq fəaliyyətinin qarşısının alınması, biznes və investisiya imkanlarının genişləndirilməsi, eləcə də milli iqtisadiyyatın dayanıqlı inkişafının təmin edilməsidir.

VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Sərəncama əsasən, Nazirlər Kabineti sənəddən irəli gələn məsələləri həll etməlidir.

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə Milli Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin icrasını əlaqələndirmək tapşırılıb.

Agentlik həmçinin tədbirlərin icra vəziyyəti barədə ildə bir dəfə Prezidentə məlumat təqdim edəcək.

Milli Fəaliyyət Planının icrasının monitorinqi və qiymətləndirilməsi isə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən həyata keçiriləcək.

Sənəd 2027–2029-cu illəri əhatə edir və rəqabət mühitinin yaxşılaşdırılması ilə yanaşı, biznes və investisiya fəaliyyətində daha əlverişli şərtlərin yaradılmasını hədəfləyir.

Plan ilə ətraflı buradan tanış ola bilərsiniz.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью