Azərbaycanda insan alveri ilə məşğul olan qadınlara HÖKM OXUNDU

09.11.2024

Lent az saytından alınan məlumata görə, Icma.az bildirir.

İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Azərbaycan vətəndaşı olan qadınları cinsi istismara məruz qoymaqda şübhəli bilinən S.Nəbiyeva və E. Məmmədova tutulublar.

Lent.az xəbər verir ki, onlarına barəsində başlanılmış cinayət işləri üzrə istintaq yekunlaşaraq materiallar baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmənin hökmünə əsasən S.Nəbiyeva və E. Məmmədova Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144-1.2.5 (İnsan alveri) və 144-3.4-cü maddələri ilə təqsirli bilinərək hər biri 8 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью