Azərbaycanda insan alverində təqsirləndirilən qadın axtarışa verildi

09.11.2024

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Azərbaycanda qadın insan alverində ittiham olunaraq, barəsində axtarış elan olunub.

"Cebheinfo.az" Lent.az-a istinadən xəbər verir ki, 43 yaşlı Astara rayon sakini Vüsalə Raqib qızı Şiriyeva insan alverində təqsirli bilinir. Onun barəsində Cinayət Məcəlləsinin 144-1-ci (insan alveri) maddəsi ilə cinayət işi başlanıb.

Vüsalə Şiriyevanın tutularaq, istintaqa cəlb edilməsi üçün barəsində Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi tərəfindən axtarış elan olunub.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью