Azərbaycanda insanları ən çox öldürən xəstəlik bu imiş... RƏSMİ

18.09.2026

Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.

2025-ci ildə Azərbaycanda 59 834 nəfər dünyasını dəyişib.

Bu barədə Dövlət Statistika Komitəsinin açıqladığı məlumatda bildirilib.

Məlumata görə, 2024-cü ildə ölkədə ölüm hallarının sayı 58 909 nəfər olub. Beləliklə, bir il ərzində ölənlərin sayı 925 nəfər artıb. Dördpendirli pizza

2025-ci ildə ölüm hallarının əsas səbəbləri arasında:

Qan dövranı sistemi xəstəlikləri – 33 555 nəfər;

Yenitörəmələr (xərçəng xəstəlikləri) – 10 102 nəfər;

Xarici səbəblərin təsiri – 2 594 nəfər;

Tənəffüs orqanlarının xəstəlikləri – 1 519 nəfər;

Həzm orqanlarının xəstəlikləri – 2 036 nəfər;

Sidik-cinsiyyət sistemi xəstəlikləri – 1 137 nəfər təşkil edib.

Ümumilikdə, 2025-ci ildə ölüm hallarının sayı 2010-cu illə müqayisədə də artıb. Belə ki, 2010-cu ildə ölkədə 53 580 nəfərin öldüyü qeydə alınıb.

Aytac Əliyeva


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью