Azərbaycanda insanların mədəniyyət müəssisələrinə ödədiyi ƏDVnin 50 %i geri qaytarılır

01.01.2025

Icma.az, Report.az portalına istinadən məlumat yayır.

Bu gündən Azərbaycanda teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və sinfonik orkestrin konserti ilə bağlı ödənilən ƏDV-nin 50 %-i geri qaytarılacaq.

“Report” xəbər verir ki, bununla bağlı Vergi Məcəlləsində edilmiş dəyişiklik qüvvəyə minib.

Bundan başqa, Azərbaycanda qeydiyyatından keçən və teatr, muzey və sinfonik orkestr, habelə film istehsalını və dublyajını həyata keçirən kinomateqrafiya müəssisələri və film produserləri həmin fəaliyyət üzrə istifadə etdikləri torpaqlara görə 5 il müddətinə torpaq vergisindən azad edilib.

Bizim WhatsApp kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью