Azərbaycanda institutda mikrobların təmizlənməsinə 10 min xərclənəcək

01.05.2025

Olke.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda təmizlənmə işləri aparılacaq.

Ölkə.Az-ın əldə etdiyi məlumata görə, bununla bağlı olaraq elm ocağı tərəfindən 10,980 manatın ayrılması nəzərdə tutulur.

Belə ki, institutda mikrobların,mikroorqanizimlərin və gəmircəklərin təmizlənməsi üçün dezinfeksiya işləri planlaşdırılıb.

Məlumata görə, sözügedən işlər əsas inzibati binada, radiokimya laboratoriya korpusunda, radiobiologiya korpusunda, qamma şualanma kompleksində aparılacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью