Azərbaycanda internat müəssisələrində neçə uşaq var?

21.11.2026

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

Azərbaycanda internatlarda 1500-ə yaxın uşaq var. 
Bizim.Media xəbər verir ki, 2026-cı ilə olan məlumatlara görə, Azərbaycanda internat müəssisələrində təlim-tərbiyə alan valideyn himayəsindən məhrum uşaqların sayı 1468 nəfərdir. 
Ölkədə 26 ümumi təyinatlı və inteqrasiya təlimli internat müəssisəsi fəaliyyət göstərir. Bu müəssisələrdə 1040 uşaq təlim-tərbiyə alır.
Bundan başqa, sağlamlıq imkanları məhdud uşaqlar üçün 9 internat müəssisəsi fəaliyyət göstərir. Həmin müəssisələrdə 1992 uşaq var.
Statistikaya əsasən, ölkədə 13 körpələr evi və uşaq evi fəaliyyət göstərir. Bu müəssisələrdə 844 uşaq tərbiyə alır.
Eyni zamanda, əlilliyi olan uşaqlar üçün 2 sosial xidmət müəssisəsi mövcuddur. Həmin müəssisələrdə 283 uşaq yerləşdirilib.
Fəridə, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью