Azərbaycanda internetdən hansı məqsədlərlə istifadə edilir?

06.09.2025

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

2024-cü ildə Azərbaycanda internetdən istifadənin 39,9 %-i əyləncə, rəqəmsal kontentdən yararlanmaq məqsədi ilə edilib.  

Globalinfo.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Bildirilir ki, internetdən istifadənin 39,5 %-i ünsiyyət, vətəndaş iştirakçılığı, əməkdaşlıq, 8,5 %-i elektron ticarət və tranzaksiyalar, 4,5 %-i məlumatın əldə edilməsi, 3,4 %-i rəqəmsal kontentin yaradılması, 1,6 %-i peşəkar fəaliyyət, 1,4 %-i təlim və təhsil, 1,2 %-i süni intellektdən yararlanmaq məqsədli olub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью