Azərbaycanda interneti olmayan təhsil müəssisəsi qalmayıb

15.07.2026

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Hazırda ölkədə interneti olmayan təhsil müəssisəsi yoxdur. 

XQ xəbər verir ki, bu sözləri Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov Elm və Təhsil Nazirliyinin , “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin dəstəyi ilə təşkil olunan Elm və təhsil sahəsi üzrə media savadlılığının artırılmasına dəstək” layihəsi çərçivəsində bildirib.

Onun sözlərinə görə,  bununla yanaşı, təhsil müəssisələrinin 63 faizi, şagirdlərin isə 82 faizi genişzolaqlı internetlə təmin olunub. Bu infrastruktur rəqəmsal bacarıqların inkişafına, elektron jurnal sistemindən istifadəyə və summativ qiymətləndirmələrin onlayn keçirilməsinə şərait yaradır:

-Təhsil şəbəkəsi Azərbaycanda bütün ümumi təhsil, bütün peşə təhsili və bir çox ali təhsil müəssisələrini vahid intranet şəbəkəsində birləşdirir. Bu sistem sayəsində təhsil müəssisələri internetə vahid şəbəkə üzərindən çıxış əldə edir.

Şəbəkənin əsas üstünlüklərindən biri internet trafik xərclərinin azalmasıdır. Məsələn, bir məktəbdə istifadə olunan tədris resursu digər məktəblər tərəfindən də istifadə edildikdə əlavə xarici internet trafiki yaranmır. 

Digər mühüm üstünlük isə təhlükəsizlik və məzmunun filtrasiyasıdır. Şagird və müəllimlər internetdən istifadə edərkən zərərli və tədrislə əlaqəsi olmayan məzmunlara giriş məhdudlaşdırılır. Gələcəkdə dövlət tərəfindən qəbul edilən qanunvericiliyə uyğun olaraq, sosial şəbəkələr və digər platformalara giriş qaydaları da bu şəbəkə vasitəsilə tənzimlənə bilər.

Fidan ƏLİYEVA

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью