Azərbaycanda internetin lideri həmin saytdır

02.04.2026

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanda internet axtarış bazarında Google liderliyini açıq şəkildə qoruyur. Son statistik göstəricilərə əsasən, bu ilin mart ayında şirkətin ölkə üzrə bazar payı 99.59 faiz təşkil edib.
Məlumata görə, bu göstərici fevral ayı ilə müqayisədə 0.02 faiz bəndi artıb. Belə ki, ötən ay Google Azərbaycanda 99.57 faiz bazar payına malik idi.
Hesabatda qeyd olunur ki, bazarda digər platformaların payı isə olduqca məhduddur. Xüsusilə ChatGPT üzrə göstəricilər diqqət çəkir. Mart ayında bu platformanın Azərbaycandakı payı 0.41 faiz olub. Bu isə fevral ayı ilə müqayisədə 0.02 faiz bəndi azalma deməkdir. Ötən ay ChatGPT 0.43 faiz paya sahib idi.
Qeyd edək ki, təqdim olunan rəqəmlər statistik ölçmələrə əsaslanır və ümumi bazar tendensiyalarını göstərir. Bununla belə, real istifadə səviyyəsi fərqli platformalar və giriş kanallarına görə müəyyən qədər dəyişə bilər.
Jalə
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью