Azərbaycanda invaziv sidik kisəsi xərçəngi ilə bağlı tədqiqat aparılıb | Icma.az
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 2 sentyabr, AZƏRTAC Dövlət Təhlükəsizlik Xidməti Hərbi Tibb Baş İdarəsi Elmi Təcrübə Mərkəzində yerinə yetirilən növbəti elmi-tədqiqat işi nüfuzlu “Surgery in Practice and Science” jurnalında dərc olunub.
Məqalə (“Single-surgeon outcomes of open radical cystectomy for muscle-invasive bladder cancer: Experience from a tertiary center in Azerbaijan”) ölkəmizdə uzun illər ərzində invaziv sidik kisəsi xərçəngi ilə bağlı aparılan tədqiqatların nəticələrini əks etdirir.
Məqalənin həmmüəllifi Böyrək Transplantasiyası sahəsində Mütəxəssislər Assosiasiyasının sədri, tibb elmləri doktoru Rəşad Şolandır.
Bu barədə AZƏRTAC-a Assosiasiyanın mətbuat xidmətindən məlumat verilib.
Tədqiqat işi “PubMed”, “Web of Science” (ESCI), “Scopus” kimi beynəlxalq elmi platformalarda indeksləşir.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu