Azərbaycanda ipoteka kreditləşməsi rüblük azalıb Bu son 6 ildə ilkdir

24.04.2026

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

2026-cı ilin ilk rübündə Azərbaycan bank sektorunda ipoteka kreditlərinin həcmi illik müqayisədə azalma nümayiş etdirib. Rüblər üzrə zalma 2020-ci ilin ikinci rübündən (0.4% azalmışdı) bu tərəfə ilkdir.

Bank hesabatlarına istinadən aparılan ilkin hesablamalara görə, sektor üzrə ümumi ipoteka portfeli 4 milyard 405 mln manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0.23% azdır.

Bununla belə ən böyük ipoteka portfelinə malik olan ABB-də illik müqayisədə 1.1% artım qeydə alınıb və portfel 1 milyard 567.2 mln manata çatıb. ABB həm də bu bazarda 36%-lik paya sahibdir. Digər iri banklar “Azər Türk Bank” ASC 1.5%, “Rabitəbank” ASC isə 0.6% artım göstərib. “Ziraat Bank Azərbaycan” ASC-də də nisbətən yüksək – 3.7% artım müşahidə olunub ki, bu da kiçik baza fonunda baş verib.

Bununla yanaşı, bir sıra banklarda ipoteka portfelində azalma daha nəzərəçarpan olub. Ən böyük geriləmə “AFB Bank” ASC-də qeydə alınıb – bankın ipoteka portfeli illik müqayisədə 2.5% azalaraq 66.9 mln manata düşüb. “Bank Respublika” ASC-də azalma 2.2%, “Bank Avrasiya” ASC-də isə 1.9% təşkil edib. Eyni zamanda “Kapital Bank” ASC və “Premium Bank” ASC-də də ipoteka kreditləri üzrə 1.9% azalma qeydə alınıb.

Digər iri banklardan “PAŞA Bank” ASC və “Unibank” KB ASC-də azalma 1.3–1.6% intervalında olub, “Xalq Bank” ASC-də isə bu göstərici 1.2% səviyyəsində qərarlaşıb. Bank of Baku ASC və TuranBank ASC-də isə dəyişiklik minimal olub və portfellər demək olar ki, sabit qalıb.

Maraqlıdır ki, ipoteka bazarında hazırkı azalma tendensiyası yeni deyil. Banker.az-ın 1 oktyabr tarixli təhlilində də qeyd olunduğu kimi, 2025-ci ilin ilk üç rübündə banklar tərəfindən verilən ipoteka kreditləri illik müqayisədə 10% azalaraq 338 mln manatdan 305 mln manata düşmüşdü. Eyni zamanda, ümumi portfel artsa da, artım tempi son illərin ən aşağı səviyyəsinə enmişdi.(bankner.az)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью