Azərbaycanda İran vətəndaşı iki gündür itkin düşüb

19.11.2024

Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda İran vətəndaşı itkin düşüb.

Axar.az Report-a istinadla xəbər verir ki, Masallı rayonu Türkoba kəndində quru meyvələrin satışı ilə məşğul olan, 1985-ci il təvəllüdlü, İran vətəndaşı Məcis Əli oğlu Purcəfər (Majid Ali oğlu Pourjafar) iki gündür işlədiyi mağazada pasportunu və mobil telefonunu qoyaraq həmin yerdən naməlum istiqamətdə gedib və geri qayıtmayıb.

Araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью