Azərbaycanda iranlıya hökm oxundu | Icma.az
Teleqraf.com portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanda narkotiklərin qanunsuz qaçaqmalçılığında təqsirli bilinən İran vətəndaşı Shahryar Hojatallahın cinayət işinə baxılıb.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Esmira Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm elan edilib.
Shahryar Hojatallah 13 il müddətinə azadlıqdan məhrum edilib.
İran İslam Respublikasının vətəndaşı Shahriyar Hojatollah 8 iyun 2024-cü ildək olan müddət ərzində İranda istintaqla şəxsiyyətləri müəyyən edilməmiş bir qrup şəxslə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə və psixotrop maddəni xüsusilə külli miqdarda əldə edib.
Cinayətkar qrupun üzvlərindən əldə etdiyi 4065 qram heroin narkotik vasitəsi və xüsusilə külli miqdarda 868 qram metamfetamin psixotrop maddəsi əldə edib, “Kamaz” markalı yük nəqliyyat vasitəsində Bakı şəhərinə gətirməli olduğu “plastik mətbəx əşyaları və şüşə qablar” yükünün arasında gizlədib.
Həmin narkotik vasitə və psixotrop maddəni idarə etdiyi nəqliyyat vasitəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına gətirib.
8 iyun 2024-cü ildə, saat 19 radələrində Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsinin Astara rayonu ərazisində yerləşən Rəsmiləşdirmə Mərkəzinin 1-ci bölməsində Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirib.
Tam oxu
Xəbəri oxu