Azərbaycanda iş saatları azaldılacaq? AÇIQLAMA | Icma.az
Metbuat portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Son illərdə dünyada iş qrafiklərinin daha qısa və rahat olması ilə bağlı ciddi dəyişikliklər müşahidə olunur.
Əmək bazarındakı dəyişikliklər, texnologiyanın inkişafı və pandemiyadan sonra formalaşan yeni iş prinsipləri iş saatlarının yenidən nəzərdən keçirilməsini zəruri edib.
Biznes mühitində standart iş saatları adətən səhər 9-dan axşam 6-ya qədər davam edir.
Ancaq bu model hər kəs üçün eyni dərəcədə effektiv hesab olunmur.
İşçilərin fərqli həyat tərzi, fərqli iş tələbləri və hətta yol problemi kimi amillər bu sistemin hamıya uyğun olmadığını göstərir.
Azərbaycanda da bir çox şirkət çevik iş qrafiklərini sınaqdan keçirməyə başlayıb.
Xüsusilə İT, maliyyə və media sahələrində çalışanlar üçün hibrid və uzaqdan iş modeli artıq reallığa çevrilib.
Tam oxu
Xəbəri oxu