Azərbaycanda işləmiş məşqçi Acunun klubunda

07.12.2024

Qol.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Türkiyəli iş adamı Acun Ilıcalının sahibi olduğu "Hall Siti"də (İngiltərə) yeni baş məşqçi təyinatı gerçəkləşib.

QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Çempionşip təmsilçisini Ruben Selles çalışdıracaq. 41 yaşlı mütəxəssislə 2027-ci ilin yayında kimi müqavilə imzalanıb.

Qeyd edək ki, Ruben Selles 2012-2014-cü illərdə "Neftçi"də, 2015-2017-ci illərdə isə "Qarabağ"da köməkçi məşqçi vəzifəsində işləyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью