Azərbaycanda işləmiş məşqçi Hall Sitini çalışdıracaq

07.12.2024

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İngiltərənin “Hall Siti” klubunun yeni baş məşqçisi müəyyənləşib.

"Cebheinfo.az" xəbər verir ki, Çempionşip təmsilçisini Ruben Selles çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

41 yaşlı ispan mütəxəssislə 2027-ci ilin yayında kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Ruben Selles daha əvvəl Azərbaycanda çalışıb. 41 yaşlı mütəxəssis 2012-2014-cü illərdə “Neftçi”də işləyib, 2015-2017-ci illərdə isə “Qarabağ”da Qurban Qurbanovun köməkçisi olub. 

Xatırladaq ki, “Hall Siti” klubunun sahibi türkiyəli iş adamı Acun Ilıcalıdır. 

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью