Azərbaycanda işləmiş məşqçi Hall Sitini çalışdıracaq RƏSMİ

07.12.2024

News24 portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İngiltərənin "Hall Siti" klubunun yeni baş məşqçisi müəyyənləşib.

News24.az xəbər verir ki, Çempionşip təmsilçisini Ruben Selles çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

41 yaşlı ispan mütəxəssislə 2027-ci ilin yayında kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Ruben Selles daha əvvəl Azərbaycanda çalışıb. 41 yaşlı mütəxəssis 2012-2014-cü illərdə "Neftçi"də, 2015-2017-ci illərdə isə "Qarabağ"da köməkçi məşqçi vəzifəsini yerinə yetirib.\\sportal.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью