Azərbaycanda işləmiş mütəxəssis Acun Ilıcalının sahibi olduğu klubda baş məşqçi təyin olunub

07.12.2024

Report.az saytına istinadən Icma.az xəbər verir.

"Qarabağ" və "Neftçi"də işləmiş Ruben Selles Türkiyəli iş adamı Acun Ilıcalının sahibi olduğu İngiltərəninin "Hall Siti" klubunun baş məşqçisi təyin olunub.

"Report" xəbər verir ki, bu barədə Çempionşip təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

41 yaşlı ispan mütəxəssislə 2,5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Ruben Selles 2012-2014-cü illər aralığında "Neftçi"də, 2015-2017-ci illər aralığında isə "Qarabağ"da baş məşqçilərin köməkçisi vəzifəsini yerinə yetirib.

Bizim Telegram kanalımıza abunə olun

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью