Azərbaycanda işləyən ali təhsillilərin sayı 890 minə çatdı

08.09.2026

Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.

Azərbaycanda məşğul əhalinin təhsil səviyyəsi üzrə bölgüsü açıqlanıb.

“Yeni Sabah” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2025-ci ildə ölkə üzrə məşğul əhalinin ümumi sayı 5 milyon 105,2 min nəfər təşkil edib.

Məşğul şəxslərin təhsil göstəricilərinə nəzər saldıqda ən böyük payın 3 milyon 9,2 min nəfərlə tam orta təhsilli vətəndaşlara aid olduğu görünür. Ali təhsilli məşğul şəxslərin sayı 889,7 min nəfər, orta ixtisas təhsillilər 562,6 min nəfər, ümumi orta təhsillilər 301,7 min nəfər, peşə təhsillilər isə 297,7 min nəfər təşkil edib. pizza sifarişi

Bununla yanaşı, məşğul əhali arasında ibtidai təhsilli olanların sayısı 42,5 min nəfər, heç bir təhsili olmayanların sayı isə 1,8 min nəfər olaraq qeydə alınıb.

Cəlalə


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью