Icma.az, Sia Az portalına istinadən məlumat verir. Azərbaycanda işləyən pensiyaçıların pensiya kapitalına əlavələrin dörd ildən bir olması t
SİA xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Vüqar Bayramov parlamentin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında çıxı
Onun sözlərinə görə, qanunvericilik işləyən pensiyaçıların sonradan topladığı kapitalın altı ildən bir hesablanmaqla pensiyaya əlavə olunmas
İşləyən pensiyaçılara əlavələr iki dəfə olmaqla altı ildən bir edilir.
Bu da 65 yaşında pensiyaya çıxan və işləyən vətəndaşın pensiyasına əlavənin ikinci dəfə 77 yaşında edilməsi deməkdir.
Ancaq əksər inkişaf etmiş ölkələrdə pensiya kapitalından istifadə üçün müəyyənləşdirilmiş müddət daha qısa zamanı əhatə edir.
Ona görə də "Əmək pensiyaları haqqında" qanuna dəyişikli edilməli, işləyən pensiyaçıların pensiya kapitalından istifadənin üç dəfə olmaqla dörd ildən bir həyata keçirilməsini təklif edirəm.
Bununla da işləyən pensiyaçılar topladıqları pensiya kapitalından daha səmərəli istifadə edə və vətəndaşlarımızın pensiyalarında daha çox artım olar.