Azərbaycanda işsiz əhalinin sayı açıqlanıb

19.11.2024

Banco.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda işsiz statuslu şəxslərin sayı cari ilin noyabrın 1-i vəziyyətinə görə, 283,8 min nəfərə bərabər olub. Oktyabr ayının əvvəlində bu göstərici 283,2 min idi. 

Banco.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Hesabat dövründə iqtisadi fəal əhalinin sayı 5 308,1 min nəfər olub, onlardan 5 025,3 min nəfərini məşğul əhali təşkil edib.

Qeyd edək ki, cari il okyabrın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1768,3 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 880,3 min nəfər, qeyri-dövlət sektorunda isə 888,0 min nəfər təşkil edib. İqtisadiyyatın neft-qaz sektorunda 31,8 min nəfər, qeyri neft-qaz sektorunda isə 1736,5 min nəfər çalışıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью