Azərbaycanda istehlak kreditləşməsi artıb

02.03.2026

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Bu ilin fevral ayının 1-ə Azərbaycanda banklar və qeyri-banklar tərəfindən ev təsərrüfatlarına kredit qoyuluşunun həcmi toplam 19 milyard 115,1 milyon manat təşkil edib.

“APA-Economics” Mərkəzi Banka istinadən xəbər verir ki, bu göstərici 2025-ci ilin fevral ayının 1-ə nisbətən 11,5 faiz və ya 1 milyard 967,4 milyon manat, cari ilin yanvar ayının 1-i ilə müqayisədə isə 0,3% və ya 62,2 milyon manat çoxdur.

Qeyd edək ki, fevral ayının 1-nə Azərbaycanda real sektora cəmi kredit qoyuluşu 31 milyard 863.7 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 8,7 faiz və ya 2 milyard 538,4 milyon çoxdur. Aylıq müqayisədə isə bu göstərici 0,3 faiz və ya 83 milyon manat azalıb.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью