Azərbaycanda istehsal olunan avtomobillərin sayı açıqlanıb

17.03.2025

Icma.az, Apa.az saytına istinadən bildirir.

2025-ci ilin yanvar-fevral aylarında Azərbaycanda 467 ədəd minik avtomobili, 12 ədəd isə yük avtomobili istehsal edilib.

“APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə minik avtomobili istehsalı 18.6%, yük avtomobili istehsalı isə 91.9% azalıb.

Qeyd edək ki, cari ilin mart ayının 1-i vəziyyətinə hazır məhsul ehtiyatı müvafiq olaraq 172 ədəd minik, 2 ədəd isə yük avtomobili təşkil edib.

Hesabat dövründə ölkədə 78 ədəd traktor istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 30.4% azdır.

Xatırladaq ki, ötən il ölkədə 5998 ədəd minik avtomobili, 697 ədəd isə yük avtomobili istehsal edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью