Azərbaycanda istehsal olunan qızıl və gümüşün həcmi açıqlandı

19.11.2024

Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Cari ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda 2167,1 kq qızıl, 2703.2 kq isə gümüş istehsal edilib. Bu barədə SİA-ya Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Məlumata görə, ölkədə qızıl istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1.7% artıb, gümüş istehsalı isə 20.3% azalıb.

Xatırladaq ki, 2023-cü ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda 2131,2 kq qızıl, 3390,2 kq isə gümüş istehsal edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью