Azərbaycanda istehsal olunan traktorların sayı açıqlanıb

08.02.2025

Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ötən il Azərbaycanda 623 ədəd traktor istehsal edilib.
Bizim.Media trend-ə istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsindən bu barədə bildirilib.
 

Məlumata görə, bu, 2023-cü ildəki göstərici ilə müqayisədə 39 ədəd və ya 5,9% azdır.


Bu ilin yanvarın 1-nə ölkədə hazır məhsul ehtiyatı isə 11 ədəd təşkil edib.
Qeyd edək ki, Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 2024-сü ildə 826,6 milyon manatlıq məhsul istehsal olunub.
2023-cü ildəki göstərici illə müqayisədə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 44,7 faiz artıb, maşın və avadanlıqların istehsalı 51,4 faiz, sair nəqliyyat vasitələrinin istehsalı isə 50,3 faiz azalıb.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью