Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bu gün istər paytaxt Bakıda, istərsə də bölgələrdə binaların altında, yaxud da fərdi binaya sahib olan obyektlərin əksəriyyəti ölkəyə məhsul idxal edib satmaqla məşğuldur.
Sahibkarlıq subyektlərinin böyük çoxluğu da ya geyim, ya da ki, telefon və mobil aksesuar satışını həyata keçirməkdə maraqlıdır.
Bunun səbəbi qeyd olunan istiqamətlərin az xərclə başa gəlməsi və yaxın müddətdə çox gəlir götürməyə kömək etməsidir.
Kafe və restoranlarda da sahibkarlar fərqli ideyalar irəli sürmür.
Yalnız hansısa istehsalçının hazırladığı məhsulu təqlid etməklə gəlir qazanmağa çalışır.
Bu isə ölkədə istehsal bazarının getdikcə qıtlaşmasına gətirib çıxarır.
Bəs Azərbaycanda istehsalla məşğul olmaq üçün sahibkarlara hansı güzəştlər edilməlidir?