Azərbaycanda isti olacağını unutmamaq lazımdır Paide nin forvardı Zirə ilə cavab matçı haqda

26.07.2026

Icma.az, Sportal.az portalına istinadən məlumat yayır.

Estoniyanın “Paide” klubunun hücumçu Henri Anier Konfrans Liqasının təsnifat mərhələsinin ikinci turunun ilk oyununda Paarnuda “Zirə” üzərində qazanılmış 1:0 hesablı qələbəni şərh edib.

Sportal.az “Soccernet”ə istinadən xəbər verir ki, təcrübəli forvard komandasının növbəti mərhələ şanslarını da dəyərləndirib:

"Oyundan əvvəl “Zirə”nin aşkar favorit olması barədə söhbətlər gedirdi. Amma biz heç kimdən qorxmağa əsasımız olmadığını göstərdik. Təvazökar qalmalıyıq, amma bu gün də matçın gedişində inkişaf etdiyimizi göstərdik. Azərbaycanda isti olacağını unutmamaq lazımdır. Şəxsən mən Asiyada beş il ərzində buna öyrəşdiyim üçün istidən qorxmuram. Bizi çətin sınaq gözləyir, amma komandama inanıram".

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью